Nyu-Yorkda dəhşətli QƏTL – İKİ QADIN ÖLDÜ

Nyu-Yorkda dəhşətli QƏTL – İKİ QADIN ÖLDÜ

Nyu-Yorkda 34 yaşlı kişinin atəş açması nəticəsində iki qadın və uşaq ölüb.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Kuins rayonunun yaşayış məhəllələrindən birində qeydə alınıb.

İnsident nəticəsində 62  və 31 yaşlı qadın, habelə 7 yaşlı qız ölüb. Daha bir nəfər, 12 yaşlı qız ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Polis hadisə yerindən qaçan cinayətkarın şəxsiyyətini müəyyən edib.

Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.