Şəmkirdə anasını öldürən gənc- “8 bıçaq vurdum”

Şəmkirdə anasını öldürən gənc- “8 bıçaq vurdum”

Şəmkirdə anasını qətlə yetirməkdə şübhəli bilinən şəxs 5 ay sonra Bakıda saxlanılıb.

“Bakumedia” APA TV-yə istinadən xəbər verir ki, İbrahim Pənahlı Yasamal Rayon Polis İdarəsi 27-ci polis bölməsinin sahə müvəkkillərinin ərazidə pasport yoxlaması zamanı müəyyən edilib.

Kirayədə yaşayan gəncin hansı rayon sakini olduğunu gizlətməsi və şəxsiyyət vəsiqəsinin olmadığını bildirməsi əməliyyatçılarda şübhə doğurub. Sahə müvəkkili Eldəniz Hüseynov əməliyyat barədə məlumat verib:

“Həmin şəxsin Şəmkir Rayon Polis Şöbəsi tərəfindən qəsdən adam öldürmə maddəsi ilə axtarışda olduğu müəyyən edilib”.

 

İbrahim Pənahlı bildirib ki, sənədi olmadığı üçün onu heç yerdə işə götürməyiblər. Günəmuzd fəhləlik edib.

Qeyd edək ki, hadisə keçən ilin avqust ayında baş verib. Şəmkirə yaşayan  Laləzar Əliyevanın evinin qarşısında çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirildiyi müəyyən edilib. Hadisənin oğlu tərəfindən törədildiyi məlum olsa da İbrahim Pənahlı qaçıb gizləndiyindən axtarışa verilib. İbrahim Pənahlı hadisəni necə törətdiyini danışıb:

“Heç nə. Evimizin qabağında oturub gözlədim. Sonra da 8 bıçaq zərbəsi vurdum”.

Saxlanılan şəxs ilkin ifadəsində  peşman olmadığını bildirib. Faktla bağlı toplanmış materiallar Şəmkir Rayon Prokurorluğuna göndərilib.

<iframe width=”480″ height=”360″ src=”http://apa.tv/embed/16826″ frameborder=”0″ allowfullscreen></iframe>