AST Telmanın bazarında pələngdən yemək bişirilir – Cinayət işi açıldı

AST Telmanın bazarında pələngdən yemək bişirilir – Cinayət işi açıldı

Rusiyada azərbaycanlı iş adamı Telman İsmayılovun da səhmdarı olduğu “Sadovad” bazarında nəsli kəsilməkdə olan pələng və leopard dərisi aşkarlanıb.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, aparılan əməliyyat zamanı cinayət-axtarış idarəsi əməkdaşları bazar ərazisində yerləşən “Şanxay” və “Anna-Liza” restoranlarından iki ədəd nəsli kəsilməkdə olan Amur pələngi və Uzaq Şərq leopardının dərisini, həmçinin onların başı və 50 kiloqram ət aşkar edərək götürüblər.

Hazırda həmin heyvanları öldürən və onları Moskvaya gətirən şəxslər axtarışa verilib.

Qeyd edək ki, həmin heyvanların ətinin bir kilosu qara bazarda 100 min rubla, baş və ayaqları 250 min, dərisi isə 700 min rubla satılır. Adətən bütün bunlardan şərq mətbəxinə aid yeməklər hazırlanmasında, həmçinin spesifik dərman preparatları hazırlanmasında istifadə edilir.