ABŞ konqresi Gülənə görə ayağa qalxdı – ƏRDOĞANA ETİRAZ

ABŞ konqresi Gülənə görə ayağa qalxdı – ƏRDOĞANA ETİRAZ

ABŞ Konqresinin 89 üzvü ölkənin Xarici İşlər Naziri Kerriye məktub yazaraq, Türkiyə Prezidenti Ərdoğandan Gülənlə bağlı bir çox suallara cavab almasını tələb ediblər.”Bakumedia” Analitik.az-a istinadən xəbər verir ki, Türkiyədə Gülən Hərəkatı və hökumət arasında davam edən gərginlik artıq Vaşinqtona da sıçradı. Fətullah Gülənin Nyu-york Taymsda,Türkiyədəki anti-demokratik üsullarla ölkəni idarə etməkdə Ərdoğan hakimiyyətini tənqid edən məqaləsindən bir gün əvvəl konqresmenlər Kerriyə yazdıqları məktublarında vurğulayırlar ki, mütləq Türkiyə rəsmiləri baş verənlərə aydınlıq gətirməlidir.
Türkiyədə Bank Asiya rəhbərliyinin Qənaət Sığorta Fondunun (TMSF) nəzarətinə keçməsindən də bir gün əvvələ təsadüf edən məktubda qeyd olunur ki, “Türkiyədə türk media mənsublarına qarşı kəskin nəzarətlərdən dərin narahatlıq keçiririk. Güclü demokratiya, inkişaf etmək üçün həm tolerantlıq, həm şəffaflıq tələb edilsə də, Türkiyə hökuməti müxalifəti qorxutmaqla, nəzarətə almaq, təzyiq altında saxlamaq qərarı ilə, Türkiyənin sahib olduğunu iddia etdiyi bütün demokratik prinsipləri təhdid edir.”
Məktub daha sonra belə davam edir: “Türkiyənin ən çox satılan gündəlik qəzeti “Zaman”ın baş redaktoru Əkrəm Dumanlı və Samanyolu Media Qrupunun İcraçı Direktoru Hidayət Qaraca, 14 Dekabr 2014-cü ildən sual doğuran ittihamlarla həbs edilib. Nəzarətə alınan mətbuat və media mənsublarının sayı 29-a yüksəlib. Bu media mənsublarının Ərdoğan hakimiyyətinə müxalifətdə olan İslam alimi Fətullah Gülənlə əlaqələri var. Təəssüf ki, Hidayət Qaraca hazırda məhbus olaraq mühakimə olunmasını gözləyir.
Bu nəzarətlərdən bir il əvvəl Ərdoğan hakimiyyətinə qarşı korrupsiya iddiaları gündəmə gəldi. Sonra 400 nəfər (Gülən dəstəkçisi olduğu bildirilən 150-si daxil) Twitterda yaxından izlənib və Türkiyədə sosial mediaya giriş əngəllənib. Müxalifəti susdurmağa yönəlik daha əvvəlki səylərə əlavə olaraq bu son nəzarətlər, Türkiyədəki hər kəs üçün azadlıq, demokratiya və iqtisadi rifah üzərində mənfi təsir yaradıb. Ona görə də bu ittihamların uyğun həlli üçün sizdən Prezident Ərdoğan və rəhbərliyinə bunları çatdırmanızı istəyirik. Yaxın şərqdə ABŞ-ın strateji müttəfiqi və əhəmiyyətli bir NATO üzvü olaraq Türkiyə hökumətinin, bu qorxutma üsullarını kənara qoyub, azad mətbuat və əks fikirlərə tolerantlıq davranışı göstərəcəyinə ümid edirik. Öz xalqına qarşı məsuliyyət və vəzifələrini yerini yetirməkdə Türkiyə hakimiyyətinə buna çağırmaq bizim prioritetimizdir.”