“Qarabağ” çətin qələbə qazandı

“Qarabağ” çətin qələbə qazandı

Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində evdə “Simurq”-u qəbul edən “Qarabağ” növbəti qələbəni qazanıb.Bakumedia.az xəbər verir ki,oyun 1-0 hesabı ilə başa çatıb.Yeganə qolu 21-ci dəqiqə də N.Ələsgərov-un ötürməsindən sonra Reynaldo gözəl vuruşla qapıya göndərib.

Oyun sonrası keçirilən mətbuat konfransında “Simurq” komandasının baş məsqiçisi G.Çixaradze oyunla bağlı fikirlərini səsləndirib: “İlk hissədə zəif çıxış etdik və qapımızda qol gördük.İkinci hissədə yaxşı oynasaq da,qol vura bilmədik.”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da oyun haqqında fikirlərini bildirib: “Rəqibimiz yaxşı idi.Qış fasiləsindən sonra yaxşı oyun sərgiləyən komandaya qarşı oynamaq çətin idi.Qalib gəlsək də bəzi oyunçularımdan razı qalmadım.Azarkeşləri təbrik edirəm.”

 

Toğrul Vəlibəyli

BakuMedia.Az