İbrahim Sehiç:”Ümid edirəm yenidən milliyə çağrılacam”

İbrahim Sehiç:”Ümid edirəm yenidən milliyə çağrılacam”

Bugün başa çatan “Qarabağ” – “Simurq” (1-0) oyunundan sonra İbrahim Sehiç saytımıza açıqlama verib.Oyunla bağlı danışan bosnak qapıçı həmçinin verdiyimiz sualları cavablandırıb.

Oyun haqqında nə deyə bilərsən?

– Çətin bir komandaya qarşı oynadıq.”Simurq” güclü komandadır lakin,daha yaxşı oynayaraq qələbə qazana bildik.

Oyunda yenə də topları dəf etməklə yadda qaldın.Kənardan əla görsənirdi.

– İşim budur,çalışıram bacardığım qədər komandama kömək edim.Mən komanda yoldaşlarıma onlarda mənə köməklik göstərirlər.

Milli komandaya yenidən çağıracaqlarmı?

– Baş məşqçimizlə danışmışam,Avstrya ilə keçirəcəyimiz yoldaşlıq görüşünə dəvət almaq istəyirəm.Onlar mənim formda olub olmadığımı yoxlayacaqlar.

Milli komandanın məşqçiləri sənin oyununu izləyirmi?

– İnanmıram özü baxa bilsin bütün oyunlara,lakin köməkçilərin göndərir.Ümid edirəm oynadığım oyunla yenidən əsas heyətdə olacam.

 

Toğrul Vəlibəyli

BakuMedia.Az