Qara Qarayev: “Superliqada oynamaq mənim üçün xoş olar”

Qara Qarayev: “Superliqada oynamaq mənim üçün xoş olar”

Son dövrlər gənc oyunçuların Türkiyə və Avropa klubları tərəfindən transferləri gündəmdədi.Bizə daxil olan məlumata görə “Qarabağ”ın gənc yarımmüdafiəçisi Qara Qarayev də Türkiyə klublarının transfer siyahısındadı.Bununla bağlı futbolçunun öz fikirlərini öyrəndik.Bakumedia.az-a açıqlamasında gənc futbolçu suallarımızı cavablandırıb.

Aldığımız məlumata görə Türkiyə superliqasından səni istəyən klublar var? 

– Hələ ki, bunun haqqında fikirləşmirəm,qabaqda oyunlarımız var.Lakin hər hansı bir təklif gələrsə düşünərəm.Təbii ki,yaxşı təklif gələrsə superliqada oynamaq mənə xoş olar.

Təklif gələrsə klub sənin transferinlə bağlı problem yaratmaz ki?

– “Qarabağ” mənim karyeramda önəmli yer tutur,bu gün oynadığım oyuna görə komandaya çox şey borcluyam.İnanıram ki,klub mənim yaxşı futbol oynayacağım yerə getməyimdə problem yaratmaz.Onlar da mənim yaxşılığımı istəyərlər.