Bakıya gələn erməni futbolçu: "Mənim erməni pasportum olsaydı, kimsə məni tənqid edə bilərdi"

Bakıya gələn erməni futbolçu: "Mənim erməni pasportum olsaydı, kimsə məni tənqid edə bilərdi"

Bakumedia.az xəbər verir ki,Rusiyanın 17 yaşadək futbolçular ibarət milli komandasının üzvü, erməni futbolçu David Kazaryan Futbolxeber.az saytına müsahibə verib.

“BAKININ DAHA KASIB ŞƏHƏR OLACAĞINI DÜŞÜNÜRDÜM”

– Bakıda 2 yoxlama oyunu keçirdiz. Azərbaycan millisinin oyunu barədə nə deyə bilərsən?

– Azərbaycan yığmasının çıxışını bəyəndim. İlk oyundan fərqli olaraq, ikinci görüş daha çətin alındı. Çünki bu dəfə Azərbaycan millisi bizim taktikanı öyrənmişdi. Oyunlarını da buna uyğun qurmuşdular.

– Azərbaycan və Rusiya millilərinin oyununda hansı fərqlər var?

– Biz komanda şəklində oynayırıq. Güc 1-2 nəfərin üstünə düşmür. Sizdə isə topu dərhal vururlar qabağa, hücumçular çox qaçmalı olurlar. Həm də biz daha sürətli oynayırıq. Azərbaycan millisi cinahlardan daha çox istifadə edir. Elə bu gün qollardan birini də cinah ötürməsindən sonra vurdular.

– Yəqin ki, bu, Azərbaycana ilk səfərindir…

– Hə, ilk dəfədir ki Bakıdayam.

– Bakı səndə necə təəssürat oyatdı?

–  Sözün açığı, Bakının daha kasıb şəhər olacağını düşünürdüm. Amma belə deyil. Dünən şəhərin mərkəzində gəzintidə olduq. Şəhəriniz çox gözəldi.

– Bəs Yerevan olmusan?

– Hə, olmuşam.

– Ora ilə Bakını müqayisə edə bilərsən?

– Hər ikisi gözəldi.

– Hansı fərqlər var?

– Buranı çox bəyəndim. Bizdə əsasən şəhər qədimdir. Sizdə isə daha müasir.

“MƏNƏ DEDİLƏR Kİ, ÇALIŞ, ERMƏNİ OLDUĞUNU BİLDİRMƏ”

– Valideynlərin Bakıya gəlişinə necə reaksiya verdilər?

– Onlar da narahat idilər. Mənə dedilər ki, çalış, erməni olduğunu bildirmə, diqqətli ol. Amma mən bildirdim ki, bu futboldu, siyasət deyil. Baş verən müharibəyə görə mən günahkar deyiləm.

– Valideynlərinə təhlükəsizliyinlə bağlı nəsə deyildi?

– Hə, bildirdilər ki narahat olmayın, hər şey yaxşı olacaq. Azərbaycan tərəfi təhlükəsizliklə bağlı təminat verir. Hər şey nəzarət altında, təhlükəsizlik də yüksək səviyyədə olacaq.

– Sənin kimi sonuncu dəfə Bakıda Kriştianu Ronaldo belə mühafizə qorunurdu. Bundan xəbərin var?

– Bu haqda məlumatsızam. Amma daim ətrafda polislərin çox olduğunu bilirəm.

– Nəyə buy Viagra 100mg online görə Rusiya millisini seçdin?

– Rusiya mənə futbolu öyrətdi. Məhz onların sayəsində bu gün Almaniyaya düşüb, inkişaf edirəm.

– Səncə buna görə qınaq obyektnə çevrilməyəcəksən?

– Mənim erməni pasportum olsaydı, kimsə məni tənqid edə bilərdi. Amma mənim yalnız Rusiya pasportum var. Üstəlik, tezliklə Almaniya pasportuna da sahib çəıxacağam. Üçüncü pasport almağım isə qeyri-mümkündü.

“ÜMİD EDIRƏM Kİ, AZƏRBAYCANDAN HANSISA FUTBOLÇU ERMƏNİSTANA GETSƏ, ONU DA BELƏ QARŞILAŞAYACAQLAR”

– Rusiya millisindəki komanda yoldaşların Bakıya gəlişivi necə qarşıladılar?

– Onların çoxu 100 il əvvəl olan bu hadisələrdən xəbərsizdi. Məni aeroportda saxlayarkən, onlar şoka düşdülər. Onlar da bildirdilər ki, biz bura futbol oynamağa gəlmişik.

– Aeroportda səni çox saxladılar?

– 5 saat saxladılar. Dedilər ki, gözlə. Müəyyən məsələləri araşdırdılar. Yekunda da 5 saatdan sonra ölkəyə daxil olmağıma icazə verdilər.

– Azərbaycana gəlməyinə görə peşman deyilsən?

– Yox. Azərbaycana minnətdaram ki, məni belə qarşıldılar. Halbuki daha pis olacağını düşünürdüm. Düşünürdüm ki, fitə basacaqlar, psixoloji cəhətdən mənə daha çətin olacaq. Çox şey gözləyirdim. Amma sevinirəm ki, heç nə olmadı. Ümid edirəm ki, Azərbaycandan hansısa futbolçu Ermənistana getsə, onu da belə qarşılaşayacaqlar.

– Yayda Bakıda ilk Avropa Olimpiya Oyunlarının keçiriləcəyindən xəbərin var?

– Hə, bu barədə məlumatım var. Bilirəm ki, erməni idmançılar da həmin yarışda iştirak edəcəklər. İmkan olsa, mən də gəlib olimpiya oyunlarınızı izləmək istərdim.

– Yenə hava limanında 5 saat qalmaqdan qorxmursan?

– Yox, yəqin ki ikinci dəfə belə problem yaşamaram.