Gənc müğənninin VEVO kanalı yaradıldı – Azərbaycanda ilk

Gənc müğənninin VEVO kanalı yaradıldı – Azərbaycanda ilk

Dünyanın bir nömrəli musiqi paylaşım brendi VEVO –nun  youtube kanalları sırasına  ilk dəfə bir azərbaycanlı musiqiçinin  kanalı əlavə olunub.

Bakumedia.az xəbər verir ki, bu, gənc müğənni, bəstəkar, aranjmançı Fəhmin Qurbanovdur. Dünyanın əksər super-ulduzlarının  musiqi videolarının təqdim edildiyi bu kanallarda müəyyən standarlara uyğun tutarlı mahnılar təqdim olunur.

Xatırladaq ki, Amerika və Avropada geniş yayılmış VEVO kanllarına bir müddət əvvəl Türkiyə müğənniləri də qoşulmağa başlayıb.

Qeyd edək ki, VEVO kanalları mahnıları dünyaya təqdim etmək üçün sərfəli imkanlar yaradır.

Azərbaycan musiqi tarixində ilk VEVO kanalı FahminGurbanovVEVO-nu sizlərə təqdim edirik:

Link: Fəhmin Qurbanov – En mis sueños (Xəyallarımda)

https://www.youtube.com/watch?v=JJDa5GCZQGk