Əbülfəs Qarayevin Administirasiyaya göndərilən SİYAHISI ƏLƏ KEÇDİ – ŞOK FƏXRİ ADLAR

Əbülfəs Qarayevin Administirasiyaya göndərilən SİYAHISI ƏLƏ KEÇDİ – ŞOK FƏXRİ ADLAR

“Vətəninfo” fəxri adlarla bağlı Mədəniyyət və Turizim Nazirliyinin siyahısın əldə edib.

Bakumedia.az xəbər verir ki, sayt bir müddət öncə Novruz bayramı öncəsi bir sıra müğənnilərə fəxri adların verilməsi üçün Mədəniyyət və Turizim naziri Əbülfəz Qarayev tərəfindən Azərbaycan Respublikası Prezidentinin administrasiyasına siyahı göndərildiyini dərc etmişdi.
Qeyd edilmişdi ki, bəzi xalq və əməkdar artistlər bu siyahıya adları salınan həmkarları ilə bağlı müəyyən fikirlər də söyləyiblər və nazir Əbülfəz Qarayevdən siyahıya məhz onların adlarının salınması üçün guya  ricada bulunublar.


Onu da qeyd etmişdik ki, nazirlikdə bu söz-söhbətə səbəb olan xalq və əməkdar artistləri rəsmi dövlət tədbirlərindən müvəqqəti uzaqlaşdırmaqla cəzalanıdırıb.
Bu gün redaksiyamıza Əbülfəz Qarayevin bu il fəxri adları kimlərə verilməsi ilə bağlı Azərbayan Respublikası Prezidentinin Administrasiyasına göndərildiyi iddia edilən sənət daxil olub.


Adını açıqlamayan mənbə tərəfindən redaksiyamızın elektron ünvanına göndərilən sənətin Mədəniyyət və Turizim nazirliyinin şöbə müdiri Mənzər Nurəliyevanın otağında saxlanıldığı, eləcə də bu siyahıdan yalnız  nazir Əbülfəz Qarayevin və onun birinci müavininin  xəbərdar olduğu qeyd edilir.