“Qırmızı körpü” sərhəd keçid məntəqəsində üzərində 194 min saxta dollar olan şəxs saxlanılıb

“Qırmızı körpü” sərhəd keçid məntəqəsində üzərində 194 min saxta dollar olan şəxs saxlanılıb

21 yaşlı Gürcüstan vətəndaşı Azərbaycan-Gürcüstan “Qırmızı körpü” sərhəd keçid məntəqəsində Azərbaycan tərəfə saxta dollar keçirmək istəyərkən saxlanılıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan daxili işlər nazirliyi məlumat yayıb. Məlumatda bildirilib ki, adı açıqlanmayan Gürcüstan vətəndaşının üzərindən 194,4 min saxta dollar əsginasları aşkar edilib və əşyaya-dəlil kimi götürülüb. Saxlanılan şəxs günahını boynuna alıb. Gürcüstan DİN-nin məlumatına görə,  Gürcüstan CM-nin 212 maddəsinin 2-ci hissəsi ilə (külli miqdarda saxta əsginasların, qiymətli kağızların və metal sikkələrin istehsalı, saxlanılması və satışı) cinayət işi başlanılıb, araşdırma aparılır. Saxlanılan şəxsin günahı sübut olunarsa, o, 4 ildən 7 ilədək azadlıqdan məhrum olunacaq.