Araz Şiyəkəranlı- Təvvəkkülün Ən Üstünü (İbrətli Bir Hekayə )

Araz Şiyəkəranlı- Təvvəkkülün Ən Üstünü (İbrətli Bir Hekayə )

Təvvəkkülün Ən Üstünü (İbrətli Bir Hekayə )

Şəhərin varlı bir adamı yemək yedikdən sonra evdən çölə çıxır, bir az gəzdikdən sonra iki rükət namaz qılmaq üçün məscidə girir. O, məscidin bir küncündə bir adamın hönkürtüylə ağladığının şahidi olur. Dözə bilmir və nə üçün ağladığını soruşur. Ağlayan adam çoxlu borcunun olduğunu və bu sıxıntıdan xilas olmaq üçün Allaha yalvardığını deyir. Varlı adam bu pulun özü üçün problem təşkil etməyəcəyini bildirir və o an cibindən borclu olan adamın dediyi məbləği çıxarıb ona verir. Pul ilə birlikdə varlı adam ona əgər bir ehtiyacı olarsa axtarması üçün özünə məxsus vizit kartını da verir. Ağlayan adam pulu alır, amma kartı ona qaytarır. Varlı adam ondan bunun səbəbini soruşduqda, ondan ömür boyu unutmayacağı bu təsirli cavab eşidir: “İkinci dəfə çətinliyə düşəndə, yenə Allaha yalvaracağam! Səni axtarmayacağam. Çünki, O səni mənə göndəribsə, səndən başqasını da mənə göndərər”!

Rəbbimiz belə bir təvəkkül anlayışını bizlərə də nəsib etsin. Amin!
Araz Şiyəkəranlı