Vaqif Məmmədov- …qaranı da ağ edir zaman.

Vaqif Məmmədov- …qaranı da ağ edir zaman.

O ne baxış idi,o  ne göz idi?
Artırıb qüssemi yüz eledin sen.
O ne sifet idi,o ne üz idi?
Ocağı söndürüb buz eledin sen…

Meni tenbeh edib qınamadın da,
San ki,unuduldu qelbe köçenler.
Ele bil,heç meni tanımadın da,
Ele bil,yox imiş olub-keçenler…

Yazağzı dağ çayı döyüşken olur,
Çör-çöp niye tutdu çayın üzünü?
Yazda havalar da deyişken olur,
Belke,bulud aldı ayın üzünü?

Arzumu kerpictek hördüyüm anda,
Ümidim var idi hele sabaha…
O soyuq üzünü gördüyüm anda,

Senin yoxluğuna inandım daha….

DELİ QIZ
(Bir filmdeki deli qız obrazına…)

images (3)

Dəli qız, dünyanın çox oyunu var,
Çox gizli mətləbi dağ edir zaman.
Qara qoyunların qara yunu var,
Ancaq, qaranı da ağ edir zaman.

Dəli qız, bu dünya sən görən deyil,
Dünən dost olanlar dəyişib indi.
Zaman diqtə edir şax durma, əyil,
İnsanlıq rəngini dəyişib indi.

Dəli qız, hər şəyi dərd edib daha,
Çox da için-için ağlama elə.
Hər şeyin yönünü atıb sabaha,
Ömrə də çox ümid bağlama elə…

Dəli qız, yuxular tərsə yozulur,
Tac olan başlarda toppuz da olur,
Çox zaman heyatda mizan pozulur,
Beşlə beş on etmir,doqquz da olur…

Deli qız,çox elə dərinə getmə,
Hamı bu dünyadan köçüb gedəcək.
Dəli qız,bu qədər dəlilik etmə,
Dünya beş günlükdü,keçib gedecek…

Bu gece yuxuda deniz görmüşem

images (4)

Bu gecə yuxuda dəniz görmüşəm,
Tək-tənha, sahildə dayanmış kimi.
Bu gecə yuxuda dəniz görmüşəm,
Günəşin nuruna boyanmış kimi…

Sərib eteyini qırçınlı donun,
Sahilə dəyirdi dəniz biraz da.
Deyəsən xətrinə dəymişdim onun,
Sənə bənzəyirdi dəniz biraz da…

Qağayı uçurdu beləden -belə,
Elə qıy vururdu,laçın kimiydi.
Kükrəyən dalğalar gəlirdi dilə,
Sənin dalğalanan saçın kimiydi…

Dəniz də sənintək dolmuşdu bir az,
Bu nə röya idi, ne yazı idi?
Elə bil,rəngi də solmuşdu bir az,
Sanki,dənizin də payızı idi…

Dənizlə elə xoş, zaman ki,vaxt ki,
Sanıram nökərlə, kənizləyəm mən.
Deyirəm qismətə,taleyə bax ki,
Gecə yuxuda da dənizləyəm mən…

Bu gecə yuxuda dəniz görmüşəm,
Tək-tənha, sahildə dayanmış kimi.
Bu gecə yuxuda dəniz görmüşəm,
Günəşin nuruna boyanmış kimi…