Qaraçuxurda güclü PARTLAYIŞ – ÖZƏL

Qaraçuxurda güclü PARTLAYIŞ – ÖZƏL

Bu gün axşam radələrində Suraxanı rayonu Qaraçukur qəsəbəsində güclü partlayış baş verib.

Bakumedia.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə hadisə Qaraçuxur qəsəbəsi Məhəmmədhəsən Hacinski və Cəlal Qurbanlı küçələrinin kəsişməsində yerləşən transformator yarımstansiyası partlayıb.

Əməkdaşımız qeyd edir ki, hal-hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə baş verən əraziyə gəlib, lakin yüksək gərginlikli elekrik xətlərinin müəyyənləşdirilməsində yaranan çətinlik yanğının söndürülməsinə mane olur.

————————————————————————————————————————————-

Son məlumata görə, yanğın söndürülüb.Ərazidə elektrik enerjisinin bərpası həyata keçirilir.