Proqnozlar özünü doğrultdu: YAP Elman Nəsirovun namizədliyini irəli sürdü

Proqnozlar özünü doğrultdu: YAP Elman Nəsirovun namizədliyini irəli sürdü

Hakim Yeni Azərbaycan Partiyası bu gün noyabrın 1-i keçiriləcək Parlament seçkilərinə kimlərlə gedəcəyini rəsmən bəyan edib.

Bakumedia.az xəbər verir ki, hakim partiya əvvəlki illərdə namizəd olan bir sıra şəxslərin namizədliyini saxlasa da   yeniliklərə də imza atıb.YAP-ın yeni namizədləri sırasında Dövlət İdarəçilik Akademiyasının professoru Elman Nəsirov da var.Nəsirov YAP-ın 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən namizədi olacaq.

Xatırladaq ki, hələ seçkilərə xeyli müddət qalarkən mətbuat səhifələrində Elman Nəsirovun namizədliyi məsələsi mütəmadi olaraq tirajlanırdı.