Ziya Məmmədovun qardaşının yerinə namizəd olan Harvard məzunu – Bioqrafik arayış

Ziya Məmmədovun qardaşının yerinə namizəd olan Harvard məzunu – Bioqrafik arayış

YAP-ın parlament seçkiləri ilə bağlı məlum siyahısından sonra günlərdir hakim partiyanın namizədləri müzakirə olunur.

Bakumedia.az xəbər verir ki, onlardan biri də namizədliyi 91 saylı Ucar seçki dairəsindən irəli sürülmüş Vüsal Hüseynovdur.

Ötən gün Aznews.az saytı Vüsal Hüseynovun Prezident Administirasiyasında çalışması ilə bağlı məlumat yaymışdı. Daha sonra sayt qeyd edirdi ki, o, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi və Prezident Administrasiyasının tərkibində fəaliyyət göstərən Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibidir.

“Qafqazinfo” da Vüsal Hüseynovla bağlı maraqlı məlumatla çıxış edib. Saytın yazdığına görə, YAP-ın gənc namizədi Harvard universitetinin məzunudur. O, eyni zamanda BDU-nun Hüquq Fakültəsini bitirib.

Bakumedia.az-ın əldə etdiyi məlumata görə isə Vüsal Hüseynov Harvard Kennedi Məktəbindən MPA-İnzibati İdarəetmə (dövlət idarəçiliyi) üzrə magistr dərəcəsi alan Azərbaycanlılar sırasındadır.O, bir neçə il öncə ölkəmizdə reallaşdırıkan Gələcəyə baxış Forumunun əsas təşəbbüskarlarından biri olub.

Bu arada məlumat üçün bildirək ki, hazırda sözügedən dairədən deputat Nəqliyyat naziri Ziya Məmədovun qardaşı Elton Məmmədovdur.