“Vəkil kimi düşün!” layihəsinə yekun vuruldu

“Vəkil kimi düşün!” layihəsinə yekun vuruldu

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquqşünaslıq ixtisasının 4-cü kurs tələbəsi Eldanə Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Vəkil kimi düşün!” layihəsinə yekun vurulub.

Layihə rəhbərinin Bakumedia.az-a verdiyi məlumata görə , final mərhələsi 11 oktyabr 2015-ci il tarixdə “ROYAL” oteldə baş tutmuş layihədə əvvəlki təlimlərdə formalaşdırılmış komandalar arasında qalibiyyət uğrunda mübarizə getmiş və sonda “Yuvenal ədliyyə – milli və beynəlxalq təcrübə” mövzusunu araşdırmış komanda rəqib komandalar və münsiflər heyəti tərəfindən birgə verilmiş 16 ballıq səsvermə əsasında qalibiyyətə layiq görülmüşdür.

Sonda qalib komanda üzvləri hədiyyələrlə və bütün iştirakçılar sertifikatla təltif olunmuşdur.

Xatırladaq ki, layihə çərçivəsində tələbələrə komandalar  şəklində müxtəlif hüquqi mövzular barədə 2 günlük təlimlər keçirilmiş, həmin mövzular çərçivəsindəki problemlər barədə komandaların təklifləri hazırlanmışdır.

Layihədə final mərhələsindəki təqdimata daxil olan açıq debatlar, çıxış qabiliyyəti və verilən suallara dolğun cavab vermək kriteriyalarından asılı olaraq iştirakçılar  arasından qalib komandanın elan edilməsi və komanda üzvlərinin mükafatlandırılması nəzərdə tutulmuşdur.