Müstəqillik günümüz Konyada – FOTOLAR

Müstəqillik günümüz Konyada – FOTOLAR

Bu gün Türkiyənin Selçuk Universitetində təhsil alan bir qrup azərbaycanlı tələbə Dövlət Müstəqilliyimizin 24-cü ildönümü ilə bağlı olaraq məlumat xarakterli kampaniya reallaşdırıb.

Bakumedia.az xəbər verir ki, bu barədə məlumat verən “Prezident təqadüçüləri” Gənclər Birliyinin rəhbəri Təbriz Raufoğlu bildirib ki, müxtəlif ixtisaslarda təhsil alan bir qrup azərbaycanlı gənclərlə belə bir təşəbbüsün gerçəkəşdirilməsinə qərar verməyimizin əsas səbəbi universitetdə təhsil alan və ən müxtəlif ölkələri təmsil edən tələbələrə ölkəmiz, dövlət rəmzlərimiz, müstəqilliyimiz  haqqında məlumat vermək və təşviqat aparmaqdır.Birlik sədri əlavə edib ki, təşviqat çərçivəsində Sudan, İrak, Fici, Haiti, Cənubi Koreya, Özbəkistan , Rusiya, Türkiyə və s kimi ölkələrdən olan tələbələrə məlumat verilmişdir.

Qeyd edək ki, təşviqat kampaniyasında jurnalistika üzrə təhsil alan Rufanə günəş, Beynəlxalq münasibətlər ixtisasının tələbələri Vüsal Mansurov və Zeynalabdin Nağısoy, Ədəbiyyat ixtisası üzrə təhsil alan Ülviyyə Bayramaova və Samir Nəsibli iştirak ediblər.20151018_191942 IMG-20151018-WA0010