“Legal Debat” layihəsinə start verilib

“Legal Debat” layihəsinə start verilib

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquqşünaslıq ixtisasının 4-cü kurs tələbəsi Nərmin Əbilovanın rəhbərliyi ilə “Legal Debat” layihəsinə start verilib.

Bakumedia.az-a verilən məlumata görə, layihənin əsas məqsədi qeyri ənənəvi təhsil metodundan – “Qanuni Debat” dan istifadə etməklə gənclərin asudə vaxtlarını səmərəli təşkil edilməsi və  hüquqi biliklərin parktikada – debat turnirində möhkəmləndirilməsi, eləcə də natiqlik bacarığının artırılmasıdır.

Gənclərdə hüquqi savadsızlıq, hüquqi düşüncənin tam formalaşmaması, bu sahə ilə yalnız hüquq ixtisası mənsublarının məşğul olması, digər gənclərin marağının bu sahəyə azlığı qarşıya çıxan problemlərin həlli zamanı öz hüquqlarını bilməməsı və tələb etməməsi ilə nəticlənir. Tələbələrin bu səpkidə olan bacarıqlarının və vərdişlərinin yaranması  üçün “Legal Debat” layihəsinin həyata keçirilməsi planlaşdırılır.

Layihə çərçivəsində gənclərin hüquqa, hüquqi maarifləndirməyə marağının  yüksəldilməsi,  əhəmiyyətli müzakirələr aparılması və problemlərin həlli üçün effektiv qərar qəbul edilməsi bacarıqlarını aşılamaq üçün “Hüquqi düşüncə və hüquq mədəniyyəti” ,“ Natiqlik”, “Legal debat”  təlimləri keçirilməsi nəzərdə tutulur. Təlimlər yekunlaşdıqdan sonra iştirakçılar öz bacarıqlarını yarışlarda göstərəcəklər. Yarışlar 2 mərhələdən ibarət olacaq. Final mərhələsində qalib komanda elan ediləcək və komanda üzvləri mükafatlandırılacaq.