Şirvanda Vasif Adıgözəlovun yaradıcılıq gecəsi keçirildi – FOTO

Şirvanda Vasif Adıgözəlovun yaradıcılıq gecəsi keçirildi – FOTO

 Gənclər üçün Təhsil Mərkəzi və Şirvan şəhər Uşaq musiqi məktəbinin birgə tərəfdaşlığı ilə Vasif Adıgözəlovun 80 illik yubileyi ilə əlaqədar Şirvan şəhərində “Vasif Adıgözəlovun yaradıcılıq gecəsi ” adlı tədbir keçirilmişdir.

Mərkəzdən Bakumedia.az-a verilən məlumata görə, Vasif Adıgözəlovun yaradıcılıq gecəsinə həsr olunan

tədbirin keçirilməsinin əsas məqsədi, gənclər arasında Vasif Adıgözəlov yaradıcılığının təbliği, istedadlı gəncləri üzə çıxarmaq, onların milli-mənəvi dəyərlərimiz, milli-mədəni sərvətimiz və musiqi tariximiz haqqında daha geniş biliklərə sahib olmalarına kömək göstərməkdir. Şirvan şəhər uşaq musiqi məktəbində baş tutan açılış mərasimində çıxış edən Gənclər üçün Təhsil Mərkəzinin Aran regional ofisinin rəhbəri Yusif Poladov 11 fevral 2015-ci il tarixində cənab Prezident İlham Əliyevin “Vasif Adıgözəlovun 80 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı sərəncamı gənclərin diqqətinə çatdıraraq bildirdi ki, Vasif Adıgözəlov Azərbaycan musiqi mədəniyyətimizin tarixində heç kəsə bənzəməyən, öz fərdi üslubu ilə seçilən, Şərq və Qərb musiqisinin imkanlarıdan, janr və formalarından bacarıqla istifadə edən qüdrətli sənətkar idi. V.Adıgözəlovun musiqisində Azərbaycan xalqının milli qüruru öz əksini tapib. Vasif Adıgözəlovun irsi bizim milli-mədəni sərvətimizdir. Çıxış edən Şirvan şəhər Uşaq musiqi məktəbinin direktoru Mübariz Dadaşov və Şirvan şəhər İcra Hakimiyyətinin nümayəndəsi Adəm Hüseynov Vasif Adıgözəlovun yaradıcılıq gecəsinə həsr olunan tədbirin keçirilməsinin əhəmiyyətini qeyd edərək, V.Adıgözəlovun milli musiqi mədəniyyətinin inkişafı və təbliği işinə dəyərli töhfələr verdiyini qeyd ediblər. Daha sonra yaradıcılıq gecəsində gənclər tərəfindən Vasif Adıgözəlovun əsərləri ifa edilmişdir. Tədbirin sonunda uğurlu musiqi nömrəsi ilə çıxış edən gənclər Fəxri Fərmanla təltif edilmişdir .

 

12342499_557022094446655_2462561173186692333_n12342663_557022057779992_3184886099443975026_n12316082_557021811113350_7601833087857783707_n12314113_557021864446678_4316795054491989737_n12289658_557022007779997_8100718290839531024_n12316082_557021811113350_7601833087857783707_n