Hüquq tələbələri debata çıxdılar – “Leqal Debat” layihəsi

Hüquq tələbələri debata çıxdılar – “Leqal Debat” layihəsi

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquqşünaslıq ixtisasının 4-cü kurs tələbəsi Nərmin Əbilovanın rəhbərliyi ilə həyata keçirilən “Leqal Debat” layihəsinə yekun vurulub.

Layihə rəhbərinin Bakumedia.az-a verdiyi məlumata görə, final mərhələsi 21 noyabr 2015-ci il tarixdə

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında baş tutmuşdur. Layihə çərçivəsində gənclərin hüquqa, hüquqi maarifləndirməyə marağının  yüksəldilməsi,  əhəmiyyətli müzakirələr aparılması və problemlərin həlli üçün effektiv qərar qəbul edilməsi bacarıqlarını aşılamaq üçün “Hüquqi düşüncə və hüquq mədəniyyəti” ,“ Natiqlik”, “Legal debat”  təlimləri keçirilmişdir. Təlimlər yekunlaşdıqdan sonra iştirakçılar öz bacarıqlarını komanda şəklində iki mərhələdən ibarət olan yarışlarda göstərmişlər. Final mərhələsində “PLV” və “Dedim belə deməli belə” komandaları arasında qalibiyyət uğrunda mübarizə getmiş və sonda  hakimlərin qərarı ilə “PLV” komandası qalibiyyətə layiq görülmüşdür.

Sonda ilk 3 yeri tutmuş qalib komandalar hədiyyələrlə və bütün iştirakçılar sertifikatlarla təltif olunmuşdur.