Baş leytenantı döyən polkovnik "şantaj"-da ittiham olunur – <span style="color: #ff0000;">ÖZƏL</span>

Baş leytenantı döyən polkovnik "şantaj"-da ittiham olunur – <span style="color: #ff0000;">ÖZƏL</span>

Bakıda Daxili İşlər Nazirliyinin bölmə rəislərindən biri öz otağında əməliyyat müvəkkilini döyüb.


Bakumedia.az-ın  qafqazinfo saytına istinadən verdiyi məlumata görə, Nizami Rayon Polis İdarəsi 25-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı 1989-cu il təvəllüdlü Səməd Düsturov rəisin onu döyməsi haqda raport yazıb.
O bildirib ki, bölmə rəisi onu öz xidməti otağında müavini ilə birlikdə döyüb. Hadisə noyabrın 26-da saat 00:30 radələrində 25-ci Polis Bölməsində baş verib. S.Düsturov xidmət etdiyi Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı 1968-ci il təvəllüdlü Rafael Albabayev və müavini olan polis mayoru 1967-ci il təvəllüdlü casino Şakir Rüstəmov tərəfindən döyülüb. Hadisəni nəticəsində baş leytenant S.Düsturov xəsarət alıb.

O, 3 saylı Şəhər Klinik Xəstəxanasında tibbi yardım aldıqdan sonra buraxılıb. Faktla bağlı araşdırma aparılır.

Baş leytenant Səməd Düsturovunun məlum raportundan sonra hadisənin törədilməsində rəsmi olmasa da ittiham edilən polis polkovnik-leytenantı 1968-ci il təvəllüdlü Rafael Albabayev və müavini olan polis mayoru 1967-ci il təvəllüdlü Şakir Rüstəmov haqqında redkasiyamıza ilginç məlumatlar daxil olub.Adının çəkilməsini istəməyən mənbənin portalımıza verdiyi məlumata görə, qeyd olunan yüksək rütbəli polis əməkdaşları ayrı-ayrı vətəndaşlara qarşı təxribat xarakterli şontaj vasitələrindən istifadə edərək onlardan müxtəlif məbləğdə pul vəsaiti qopardıblar.Məsələ ilə bağlı Bakumedia.az-ın apardığı səhih araşdırmalar nəticəsində ortaya çıxan faktlar adıçəkilən əməkdaşların hüquqa zidd , qanundankənar davranışlarla da “ad çıxardıqlarını” deməyə əsas verir.

QEYD:Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.