Gəncə Dövlət Universitetindən aksiya xəbərlərinə təkzib gəldi – ÖZƏL

Gəncə Dövlət Universitetindən aksiya xəbərlərinə təkzib gəldi – ÖZƏL

Son günlər bəzi “saytlarda” “Gəncə Dövlət Universitetində tələbələr etiraz aksiyası təşkil edib” başlıqlı xəbər paylaşılmaqdadır.

Bu xəbərlərlə bağlı Universitetin bir qrup fəal tələbəsinin adından Bakumedia.az-a təkzib məktubu göndərilib.Məktubu olduğu kimi təqdim edirik:

“Gəncə Dövlət Universiteti tələbələri olaraq bu tipli həqiqəti özündə əks etdirməyən , böhtan və şər xarakterli xəbərlərin paylaşılması biz tələbələri üzür. Gəncə Dövlət Universitetin də istər təhsilin keyfiyyətinin artırılması, istərsədə ,tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün universitetdə hər cür şərait yaradılıb.Təhsilin keyfiyyətinin artırılmasına misal göstərmək istərdik ki , dərs laboratoriyaların yenidən qurulması, ağıllı löhfələrin quraşdırılması , dərs nizam-intizamının artırılmasını göstərmək olur.Hər il universitetimizə 500-600 bal dan yüksək bal toplayan tələbələr qəbul olur.Bu bir daha görsədir ki , Gəncə Dövlət Universiteti regionun lider universitetlərindən biridir.Son günlər saytlarda çıxan məlumatlar Universitetimize ləkə yaxmaq istəyən bir qrup insanın mənfur əməlidir , amma onlar istəklərinə çata bilməyəcəklər.Gəncə Dövlət Universitetində tələbələr Universitetdən və universitetin rektoru prof.Yusif Yusibovdan razıdır və etiraz etmək üçün də heç bir səbəb belə yoxdur.

Sonda bir nümunə ilədə görsədə bilərik ki ,yazılan məlumat həqiqəti əks etdirmir.Saytlarda çıxan məlumatda yerləşən fotolara diqqətlə baxsaq görərik ki, həmin fotolardakıların nə insanlar , nə də məkan olaraq Gəncə Dövlət Universiteti ilə heç bir əlaqəsi yoxdur.Gəncə Dövlət Universitetinin 5 tədris binası var və hamısına o tədris binalarını bilməyənlər “google” vasitəsi ile baxsa görər ki, foto ilə reallıq tam əksinədir.Azərbaycan gəncliyi uydurmalara və panikalara deyil , reallığa inanır , sadəcə bəzi “jurnalistlər” bunu unudub.”