“Hüquqi Futbol”

“Hüquqi Futbol”

Azərbycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “Prezident təqüdçüsü” Gənclər Birliyinin və bir çox icra strukturlarının dəstəyi ilə “Hüquqi futbol” layihəsi çərçivəsində universitet tələbələri arasında çempionat həyata keçirilib. SİA-nın məlumatına görə, “Prezident təqüdçüsü” Gənclər Birliyinin sədri Təbriz Rauf oğlu bildirib ki, çempionatın keçirilməsində məqsəd gənclərin milli vətənpərvərlik ruhunda böyüdülməsi və onlara sağlam həyat tərzinin aşılanmasıdır: “Təbii ki, biz də üzərimizə düşən öhdəliyi həyata keçirir və reallaşdırırıq. Biz layihə çərçivəsində bir çox icra strukturlarının dəstəyini də öz üzərimizdə hiss etmişik”.

O əlavə edib ki, layihə ilə bağlı öncədən müsabiqə elan olunub: “Biz müraciətlərə baxmışıq və layihənin müvafiq struktur göstəriciləri, kriteriyalarına uyğun şəkildə komandalar müəyyənləşdirilib. Sonra müəyyənləşdirilən komandalar arasında püşkatma mərasimi keçirilib və çempionat formalaşdırılıb. Biz maksimum dərəcədə çalışdıq ki, ədalətli şəkildə çempionatı reallaşdıraq. Artıq layihənin yarımfinal mərhələləri keçirilir. Yarımfinalın nəticələrinə uyğun olaraq da final keçiriləcək. Beləcə Gənclər Fondunun da müəyyənləşdirdiyi kriteriyalar əsasında finalçılara bizim mükafatlarımız və hədiyyələrimiz təqdim olunacaq”.