“Sən də oxu” adlı flaşmob keçirilib.

“Sən də oxu” adlı flaşmob keçirilib.

29 may tarixində Şəki şəhəri Bəxtiyar Vahabzadə adına parkda Şəki şəhər Gənclər və İdman idarəsinin və “ Gənc Novatorlar” gənclərin maarifləndirləməsi ictimai birliyinin dəstəyi ilə Aysel Səfərzadənin təşəbbüsü və təşkilatçılığı ilə “Sən də oxu” adlı flaşmob keçirilib. Flaşmobun keçirilməsində əsas məqsəd Şəki əhalisi arasında kitaba marağın və diqqətin artırılmasıdır. Flaşmobda 20 – yə yaxın şagird iştirak edib. Flaşmobun sonunda ətrafdakı sakinlərə kitablar paylanılıb.