“Avropa oyunları+” layihəsi sona çatmışdır

“Avropa oyunları+” layihəsi sona çatmışdır

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və “Prezident təqaüdçüləri” Gənclər Birliyinin təşkilati dəstəyi ilə “Avropa oyunları+” layihəsi həyata keçirilmişdir.

Layihənin təşkilat komitəsindən Bakumedia.az-a verilən məlumata görə, layihə çərçivəsində Bakı 2015 Avropa Oyunlarını zamanı realizə edilən təşkilati, komanda , könüllülük və s kimi sahələri əhatə edən fəaliyyətin monitorinqi aparılmış və əldə olunan analitik göstəricilər müxtəlif hədəf qrupları arasında paylaşılmışdır.Bununla bərabər Bakı şəhərini əhatə edən bir sıra orta ümumtəhsil məktəblərinin şagirdləri ilə adşəkilən oyunlarla bağlı görüşlər keçirilmiş, onlar arasında fərqli sualları ehtiva edən bir neçə spektrı əks etdirən sorğular aparılmışdır.

Əlavə edək ki, layihəni təsdiq olunmuş icra planına müvafiq olaraq çap edilən çap materialları Bakı şəhərini əhatə edən bir çox dövlət və bələdiyyə orqanlarında, həmçinin, həmkarlar təşkilatlarında paylanılmış və layihə ilə əlaqədar uyğun elanlar yerləşdirilmişdir.

Qeyd edək ki, “Avropa oyunları+” layihəsi Gənclər Fondunun 7-ci qrant müsabiqəsinin qalibi olmuşdur.