“İstehlakçı hüquqları” layihəsinə yekun vuruldu

“İstehlakçı hüquqları” layihəsinə yekun vuruldu

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər fondunun maliyyə dəstəyi ilə fiziki şəxs Sübhan Abdullasoy tərəfindən “İstehlakçı hüquqları” layihəsi həyata keçirilmişdir.

Layihə rəhbərinin Avromedia.az saytına verdiyi məlumata görə, ilkin olaraq layihənin elanları respublikamızın bir sıra dövlət və bələdiyyə strukturlarında yerləşdirilmişdir. Proyekt çərçivəsində meydana gələ biləcək potensial risklərin önlənməsi məqsədi ilə müvafiq addımlar atılmış, lazımı tədbirlər həyata keçirilmişdir.

Fond tərəfindən maliyyə dəstəyi ilə təmin edilən layihə Bakı şəhərini əhatə edən bir neçə orta ümumtəhsil məktəbində təlimlərin təşkil edilməsi və təbliğat materiallarının paylanması ilə davam etdirilmişdir.

Onu da qeyd edək ki, layihədə iştirakçıları fondun təsdiq etdiyi müvafiq icra planına və büdcəyə uyğun olaraq təltif edilmişdir.