“EcoArt!” layihəsi “Streetart” mərhələsi ilə yekunlaşdı

“EcoArt!” layihəsi “Streetart” mərhələsi ilə yekunlaşdı

“EcoArt” layihəsi “Streetart” mərhələsi ilə yekunlaşdı 24-26 oktyabr tarixlərində Sumqayıt şəhərində “İnkişaf zamanı” proqramı, “MitOst” Asossasiyasının və Konstitutsiya Araşdırmalar Fondunun dəstəyi ilə “Sosial dəyişikliklər naminə incəsənət” proyekti çərçivəsində “EcoArt” layihəsinin növbəti – “Streetart” mərhələsi keçirilib. Layihənin növbəti mərhələsində könüllü rəssamlar tərəfindən Sumqayıt şəhərində yerləşən məhəllələrdəki tullantı konteynelərinin üzərində rəsmlər çəkilmişdir. Belə ki, 8 rəssam tərəfindən 6 məhəllə və mikrorayonlardakı 24 tullantı konteynerində ekoloji problemlərə maraq oyadan, ekoloji mədəniyyəti, təmizliyi təbliğ edən şəkillər təsvir edilib. Layihə təşkilatçılarından olan Toğrul Bayramlının sözlərinə görə, ekologiya elmi yer üzərində həyatın davamı və inkişafı ücün vacib olan bir istiqamətdir. Ekoloji biliklər yaş və peşədən asılı olmayaraq hamıya lazımdır. Bu səbəbdən, “EcoArt” ayihəsinin icrasına start verilmişdir. Layihənin əsas məqsədi diqqəti ekoloji problemlərə yönəldərək əhali arasında maridləndirmənin aparılması, şəhərin daha təmiz görünüş alması, tullantıların təkrar emalının həvəsləndirilməsi, mötivlərinin artırılması, ekoloji mədəniyyətin erkən yaşda formalaşdırılmasına nail olmaq, ekoloji tərbiyyənin yaş səddini unudub bu işə könüllü yanaşan hər bir gəncin əli ilə digər insanlara da səsimizi yetirə bilməkdən ibarətdir. Həmçinin həyat üçün ətraf mühitin qorunmasının vacibliyini çatdırmaq, əhalinin tullantıları xüsusi konteynerlərə atmasına nail olmaq, vətandaşları zibilatma mədəniyyətini və zibil qutularına atılmayan tullantıların ətraf mühitə zərərli olduğu fikrini aşılamaq, gənclərin ətraf mühit mövzusunda öz fikirlərini, düşüncələrini, qabiliyyət və bacarıqlarını nümayiş etdirmələrinə və bu sahədə təcrübə əldə etmələrinə imkan yaratmaq, məişət tullantılarının düzgün idarə olunması məsələləri haqqında çəkilən rəsmlərlə əhali arasında informasiyanın daha da yayılmasına dəstək olmaqdan ibarətdir. Qeyd edək ki, layihənin ilkin mərhələsində Sumqayıt şəhər 25 nömrəli məktəbdə 20 şagirdə ekoloji incəsənət mövzusunda təlimlər keçirilmişdir. Təlim görmüş şagirdlər tullantılardan əl işləri hazırlamaq vərdişlərinə yiyələnərək əl işləri hazırlamışdılar.