“Qəhrəmanlar yaşayır” layihəsi həyata keçirilib

“Qəhrəmanlar yaşayır” layihəsi həyata keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Qəhrəmanlar yaşayır” layihəsi yekunlaşıb.

Bakumedia.az saytı xəbər verir ki, bu sözləri layihə rəhbəri Rəşad Məmmədov deyib. Onun verdiyi məlumata görə layihə çərçivəsində Bakı şəhərini əhatə edən orta ümumtəhsil məktəblərinin bir neçəsində şagirdlərlə görüşlər keçirilmişdir.

Belə ki,keçirilən görüşlər çərçivəsində şagirlərə milli qəhrəmanlarımız haqqında məlumatlar verilmiş,onların göstərdiyi şücaətlərdən bəhs edilmişdir.

Həmçinin keçirilən görüşlər çərçivəsində milli qəhrəmanların dövlət və dövlətçiliyimiz üçün əhəmiyyəti ilə bərabər bu yolun bir o qədər də şərəfli olması barədə bilgilər şagirdlərə çatdırılmışdır.

Keçirilən görüşün yekununda fərqlənən şagirdlərə sertifikatlar təqdim edilmişdir.