Notice: class-oembed.php 5.3.0 versiyasından bəriistifadə edilməyəcək! Yerinə wp-includes/class-wp-oembed.php istifadə edin. in /home/bakumed/public_html/wp-includes/functions.php on line 4808

Warning: Creating default object from empty value in /home/bakumed/public_html/wp-content/themes/vtstudio/framework/ReduxFramework/ReduxCore/inc/class.redux_filesystem.php on line 29
58 nəfər toya buraxılmayıb | BakuMedia.Az

58 nəfər toya buraxılmayıb

Avqustun 20-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 8 toy şənliyinin monitorinqini həyata keçirib.

Bakumedia.az DİN-ə istinadən xəbər verir ki, monitorinq 6 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib. Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

- 58 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.