-
Rafiq Hüseynov dünya çempionu olub, Süleymanov gümüş, Əzizli bürünc medal qazanıb
Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Norveçin paytaxtı Oslodakı dünya çempionatında final görüşünə çıxıb. 82 kq çəki dərəcəsindəki idmançı türkiyəli Burhan Akbudakla qüvvəsini sınayıb. Rəqibinə 2:1 hesabı ilə qalib gələn Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı karyerasında ilk dəfə dünya çempionu olub. -
Dünya çempionatı: Azərbaycanın daha 3 yunan-Roma güləşçisi mübarizəyə başlayır
Norveçin paytaxtı Oslodakı dünya çempionatında bu gün Azərbaycanın daha 3 yuna-Roma güləşçisi mübarizəyə başlayacaq. 60 kq çəki dərəcəsində mübarizə aparan Murad Məmmədov təsnifat mərhələsində Kriştian Keçkemeti (Macarıstan) ilə üz-üzə gələcək. Murad Lokyayev (97 kq) 1/16 finalda Pontus Lundla (İsveç), Beka Kandelaki (130 kq) isə Stepan Davidlə (Çexiya) güləşəcək. 60 kq ... -
Hərbçi ilə nişanlanan Əməkdar artist toya hazırlaşır
Əməkdar artist Nigar Şabanovanın nikah tarixi bəlli olub. Bu haqda müğənni açıqlamasında danışıb. O bildirib ki, nikah oktyabrın 20-də olacaq: "Toyu isə şəhidlərin ilindən sonra planlaşdırmışıq". Qeyd edək ki, Nigar Xüsusi Təyinatlı Qüvvələrin giziri ilə nişanlanıb. Hərbçi ifaçıya "Həmin Zaur" proqramında evlilik təklifi etmişdi. -
Cəbrayıl şəhərinin azad olunmasından bir il ötür
Bu gün Cəbrayıl şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən bir il ötür. Bakumedia.az-ın məlumatına görə, 1993-cü il avqustun 23-də ermənilər tərəfindən işğal edilən Cəbrayıl şəhəri, ötən ilin oktyabrın 4-də Azərbaycan Ordusu tərəfindən azad olunub. Elə həmin gün Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhəri və rayonun ... -
Bakıda ən yüksək yoluxma bu rayondadır
Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası açıqlanıb. Bakumedia.az "koronavirus.info"ya istinadən xəbər verir ki, hazırda ən yüksək yoluxma Binəqədi rayonundadır. Belə ki, Binəqədidə koronavirusa yoluxma 14.6 faiz, Xətaidə 13.6 faiz, Yasamalda 11.8 faiz, Sabunçuda 11.8 faiz, Suraxanıda 8.4 faiz, Nərimanovda 7.8 faiz, Nəsimidə 7.6 faiz, Xəzərdə 7.5 faiz, Nizamidə 7.2 faiz, ... -
Dağlıq ərazilərdə qar yağacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 30-da arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Bakumedia.az-a verilən məlumata görə, mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-16° isti, gündüz 17-19° isti, Bakıda gecə 14-16° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 768 mm civə sütuna yüksələcək. Nisbi rütubət ... -
Saxta COVID pasportu verilməsi aşkarlandı
“Ağstafa rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində saxta “COVID-19” pasportunun verilməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bakumedia.az xəbər verir ki, prokurorluqdan verilən məlumata görə, xəstəxananın vəzifəli şəxsləri tərəfindən ayrı-ayrı şəxlərə vaksin vurulmadığı halda saxta “COVID-19” pasportunun verilməsinə əsaslı şübhələr müəyyən edilib. Fakta görə Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ... -
"Qarabağ"ın daha bir futbolçusu "Omoniya"ya qarşı oynamayacaq
"Qarabağ" komandası Kiprdə "Omoniya" ilə keçirəcəyi UEFA Konfrans Liqasının qrup mərhələsinin II tur oyunundan əvvəl növbəti futbolçu itkisi ilə üzləşib. Bu barədə Ağdam təmsilçisinin Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib. Onun sözlərinə görə, İsmayıl İbrahimli ötən gün məşqdə əzələsini dartıb. 23 yaşlı yarımmüdafiəçi yaşıl meydanlardan 2 həftəyədək kənarda qalacaq. ... -
Məşhur cütlük boşanır
Uşaq sahibi olmaq istəməməsi səbəbiylə problem yaşayan cütlük aktrisa Bensu Soral və həyat yoldaşı Hakan Baş ayrılıq qərarı alıb. Bakumedia.az-ın türk mediasına istinadən məlumatına görə, cütlük haqlarında çıxan ayrılıq xəbərlərini yalanlasalar da sonda boşanmaq qərarına gəliblər. Hər iki tərəf məhkəməyə müraciət etmək üçün vəkilləri ilə görüşməyə başlayıb. Qeyd edək ki, Bensu ... -
Kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başlayır
Həm ümumi (9 illik), həm də tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi sentyabrın 29-dan oktyabrın 3-dək internet vasitəsilə aparılacaq. Bakumedia.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. DİM tərəfindən “Abituriyent” jurnalının 11-ci nömrəsində tam (11 illik) orta ...