• Yoluxanların bu günə olan sayı

    Azərbaycanda bu gün koronavirus infeksiyasına 1178 yeni yoluxma faktı qeydə alınıb,  2322 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bakumedia.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 24 nəfər COVID-19-dan dünyasını dəyişib.
  • “Yeni Klinika”: Elnur Əşrəfoğlunun vəziyyəti ağır-stabil olaraq qalır

    Jurnalist Elnur Əşrəfoğlunun vəziyyəti ağır-stabil olaraq qalır. Bu barədə “Yeni Klinika”dan bildirilib. Məlumata əsasən, jurnalistə fasiləsiz böyrək əvəzedici terapiyası aparılır və ECMO aparatı ilə orqanizmin funksiyaları dəstəklənir.
  • 6 aylıq hamilə olan aktrisanın toyu

    Aktrisa Özge Özpirinççi sevgilisi Burak Yamantürkə ərə gedib. Bakumedia.az xəbər verir ki, 6 aylıq hamilə olan aktrisa toydan olan fotoları sosial media hesabında paylaşıb. Sadə bir mərasimlə nikah bağlayan cütlüyün toyunda 20 nəfər iştirak edib. Övladları dünyaya gəldikdən sonra ikili İstanbulda daha böyük toy mərasimi təşkil etməyi planlaşdırır. Qeyd edək ...
  • Voislav Stankoviç: "Övladlarım Azərbaycan himnini televiziya və bağçadan öyrəniblər"

    "Onlar himn oxumağı evdə - ötən mövsüm mənim “Neftçi”dəki oyunumu televizordan izləyəndə öyrəniblər. Hər dəfə baxdıqca öyrənirdilər". Bunu "Neftçi"nin serbiyalı futbolçusu Voislav Stankoviç övladlarının Azərbaycanın Dövlət Himnini əzbər səsləndirdikləri video barədə klubun rəsmi televiziyasına danışarkən deyib. Bu gün 34 yaşı tamamlanan müdafiəçi hər iki oğluna bağçada da himn oxumağın öyrədildiyini ...
  • "Qarabağ"ın futbolçuları liderlər arasında - UEFA açıqladı

    Konfrans Liqasının 1-ci turundan sonra futbolçuların statistik göstəriciləri açıqlanıb.  Bakumedia.az UEFA-nın saytına istinadən xəbər verir ki, ən yaxşılar sırasında "Bazel"lə heç-heçə edən "Qarabağ"ın futbolçuları da yer alıb. Abbas Hüseynovla Kadi Borqesin cinah ötürmələri xüsusi qeyd olunub. Onlar hərəyə 5 dəfə qapı önünə dəqiq ötürmə edib.  Hər iki futbolçu Konfrans Liqasının ...
  • Süleyman Məmmədli vəfat etdi

    Azərbaycan taekvondosuna ağır itki üz verib. Azərbaycan Taekvondo Federasiyasının (ATF) ilk prezidenti Süleyman Məmmədli vəfat edib. Ölkədə taekvondonun təşəkkül tapmasında böyük xidmətləri olmuş Məmmədli 73 yaşında dünyasını dəyişib. O, ATF-ə 2002-ci ilədək rəhbərlik edib. Mərhum həmçinin Azərbaycan Hapkido Federasiyasının, Dünya Turan Do, Dünya Universal Döyüş sənətləri, Yaşlıların Dünya Döyüş sənətləri Assosiasiyalarının, ...
  • Hadisə ana olmaq istəyir

    Müğənni Hadisə övlad sahibi olmaq istəyir. Bakumedia.az xəbər verir ki, bu barədə ifaçı sonuncu konsertində açıqlayıb. "Rəqs edərkən məni müşayiət edən şəxslərdən ikisi ikinci dəfə ata olub. Səhnə arxasında danışarkən öyrəndim. Mən də hələ evlənmədiyimi, amma Allah qismət edərsə, sizə çatacağımı dedim. Biz də bir uşaq sahibi olmaq istəyərik" deyə, Hadisə ...
  • Məşhur restoranlar cərimələndi

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 342 ictimai iaşə obyektində 652 monitorinq keçirib. AQTA-dan Bakumedia.az-a verilən məlumata görə, monitorinqlər zamanı 15 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar ...
  • Samirə Nigarın adını eşitmək istəmədi

    "Hər işdə tərif də, tənqid də olur. Buna hazır idim. Hər kəs məni bəyənə bilməz. Amma yaxşı çoxdur deyə, pisin üstünü örtüb heç ona fikir vermirəm". Bakumedia.az xəbər verir ki, bu barədə müğənni Samirə Əfəndi açıqlamasında deyib. O bildirib ki, sənət adamlarının bir çoxunun tənqidini qəbul etmir: "Əgər tənqid müğənnilər ...
  • Leysan yağacaq, dolu düşəcək - Xəbərdarlıq

    Sentyabrın 22-si axşamdan 23-ü gündüzədək əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Bakumedia.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, çaylarda suluğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var. Qərb küləyi arabir 18-23 m/s-dək güclənəcək.