İyulun 8-i Bakı Biznes Universitetinin akt zalında Azərbaycan Vin Çun Döyüş Sənəti Federasiyasının təsis olunması, Gənclər və İdman Nazirliyində və Ədliyyə nazirliyində dövlət qeydiyyatına alınması münasibətilə tədbir keçirilib.
Bakumedia.az xəbər verir ki, tədbirdə iştirak edən fəxri qonaqlar arasında Gənclər və İdman nazirliyinin nümayəndəsi Ramin Cəlilov, Azərbaycan Şaolin Federasiyasının vitse-prezidenti Rauf Əliyev, Kempo Federasiyasının prezidenti Rauf İbrahimov, Tay-Çi İdman klubunun rəhbəri Şahin Mustafayev, Azərbaycan Cit Kun Do mərkəzinin yaradıcısı Vidadi Hacıyev, Baş Dövlət Yol Polisi İdarəsinin avtotexniki müfəttişliyi şöbəsinin dövlət avtomobil müfəttişi, polis kapitanı Fərid Mayılov, və başqaları olmuşdur. Mərasimi giriş sözü ilə açan Azərbaycan Vin Çun Döyüş Sənəti Federasiyasının prezidenti Asif Sayadov bu döyüş sənəti və 10 il ərzində görülən işlər barədə məlumat verib.
"Vin Çun böyük fəlsəfəsi olan qədim Çin döyüş sənətidir. Onun təxminən 300 illik tarixi var. Dünyanın yüzdən çox ölkəsində bu döyüş sənəti təbliğ olunur. Bir sıra ölkələrdə bu döyüş sənəti hərbidə, güc strukturlarında, təhsil ocaqlarında və hətta Tibbdə istifadə olunur. Böyük fəsəfəsi olan Vinq Çun döyüş sənəti, sadəcə bir döyüş sistemi deyildir, Vinq çun, həmdə sağlam həyat tərzidir, Vinq Çun özünə inam, iradə, mətnlik, kişilik, dürüstlük, saflıq, xeyirxaxqlıq məktəbidir. Ölkəmizə bu döyüş sənətini ilk dəfə 2008-ci ildə mən gətirmişəm. Faəliyyətimizə İdman klubu kimi başladıq. 2010-cu ildə Beynəlxalq Vin Çun Assosasiyasına rəsmi üzv qəbul olunduq. 2014-cü ildə Beynəlxalq Vin Çun Assosasiyasının prezidenti böyük ustad Samuel Kvok bizim dəvətimizlə Azərbaycana gəldi və burda onun iştirakı ilə beynəlxalq seminar təşkil olundu. Bu döyüş sənətinin ölkəmizdə inkişafına, hər zaman dəstəyini göstərən Gənclər və İdman Naziri cənab Azad Rəhimova dərin minnətdarlığımı bildirirəm. Beynəlxalq arenada da kifayət qədər uğurlarımız var. Misir, Portuqaliya, Almaniya, Ukrayna, Türkiyədə keçirilən turnirlərdə ölkəmizi layiqincə təmsil etmişik. Təbii ki bu qazanılan nailiyyət və uğurlar tək mənim zəhmətim yox, həmdə peşəkar məşqçilərimizin güclü idarə heyətimizin və hər zaman bizə maddi və mənəvi dəstək olan insanların əməyidir. Fürsətdən istifadə edib bu yolda bizə dəstək olan insanların hər birinə dərin ehtiram ve minnədarlığımı bildirirəm.
Vin Çun Döyüş Sənəti Federasiyasının yaradılmasında məqsədimiz bu döyüş sənətini ölkəmizdə inkişaf etdirmək, gənclərimizi eləcə də müxtəlif yaşlarda olan insanların sağlam həyat tərzi sürmələrinə, pis vərdişlərdən uzaq olmalarına, vətənpərvər ruhda böyümələrinə, özünə inam , ruh yüksəkliyi yaratamagina xidmət edir. Güclü komanda yetişdirib bundan sonra da ölkəmizi hüdudlarından kənarda layiqincə təmsil etməliyik. Hazrda federasiyanın 14 filialı fəaliyyət göstərir. Bu məktəblərdə Arzuman Rəsulzadə, Kamil İsmayılov, Elsevər Zülfiyev, Nihad Azayev, Ayaz Qurbanov, Elşən Hacızadə, Heydər Zeynalov və başqaları məşq keçirlər. Bundan sonra da vətənimizi ölkə hüdudlarından kənarda təmsil etməyə çalışacağıq. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin dediyi kimi idman dövlət siyasətinin prioritetidir. Vin Çun ailəsi olaraq biz də buna töhvəmizi vermək niyyətindəyik" - Asif Sayadov deyib.
Daha sonra Federasiyanın İdarə Heyəti təqdim olunub. Təqdimat zamanı, Jalə Əhmədova 1-ci vitse-prezident, İlqar Mustafayev ümumi işlər üzrə vitse-prezident, Fərid Mayılov ictimai məsələlər üzrə sədr, Ramin Əliyev baş katib, Mahmud Mehtioğlu təşkilati və ictimai məsələlər üzrə sədr, Firudin İsmayılov mətbuat katibi, Arzuman Rəsulzadə Nəzarət-təftiş komissiyasının sədri təyin olunuğu bildirilib.
Daha sonra Federasiyaya vitse president vəzifələrinə təyin olunan 1-ci vitse prezident Jalə xanım Əhmədova və ümumi ışlər üzrə vitse prezident İlqar Mustafayev gələcəkdə görüləcək işlərdən danışdılar.
Bakumedia.az