Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, sentyabrın 9-u saat 1 radələrində Yasamal rayonu ərazisində T.Cəfərova idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Rəşad Abdurəhmanovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.