Notice: class-oembed.php 5.3.0 versiyasından bəriistifadə edilməyəcək! Yerinə wp-includes/class-wp-oembed.php istifadə edin. in /home/bakumed/public_html/wp-includes/functions.php on line 4808

Warning: Creating default object from empty value in /home/bakumed/public_html/wp-content/themes/vtstudio/framework/ReduxFramework/ReduxCore/inc/class.redux_filesystem.php on line 29
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisinə general-mayor rütbəsi verilib | BakuMedia.Az

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisinə general-mayor rütbəsi verilib

Prezident İlham Əliyevin sərəncamı ilə ali xüsusi rütbə alan zabitlər alasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayev də var.

Bakumedia.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabiti – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi polis polkovniki Əbülfət Əhəd oğlu Rzayevə polis general-mayoru ali xüsusi rütbəsi verilib.

Qeyd edək ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun 2020-ci ilin iyul ayında imzaladığı əmrlə Ə.Rzayev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə rəis təyin edilib.