Azərbaycan Yazıçılar Birliyinin üzvü, publisist Buludxan Xəlilov 55 yaşında dünyasını dəyişib.
Bakumedia.az xəbər verir ki, bu barədə onun dostları sosial şəbəkədə məlumat yayıb.
Qeyd edək ki, B.Xəlilov 1966-cı il iyulun 25-də Qərbi Azərbaycanda Amasiya rayonunun Ellərkənd kəndində anadan olub. Əmək fəaliyyətinə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili kafedrasında laborant kimi başlayan professor ədəbi dilin tədqiqinə dair bir sıra monoqrafik əsərin müəllifidir.