Gənc yazarların ədəbiyyat barəsində qoca həmkarlarına qarşı olan fikirlərini, eyni ilə onların da gənc yazarlara olan güvənsizliyini hamımız bilirik.
Bakumedi.az saytı gənc yazıçılarımızdan biri olan Elşad Baratın Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar haqqında yazdığı şeiri sizə təqdim edir:
Anarın nağılı
Evdə acdı uşaqlar,
Yığılmışam boğaza,
Məcburam ki, bu gündən,
Qələm həqiqət yaza.
Bu günkü qəhrəmanım,
Anar müəllim olsun.
Hələ ki, fikirlərim,
Bir az mülayim olsun.
Başına dönüm sənin,
Ay Birliyin kralı,
Bəs deyilmi bu kadar?
Bir az dayan aralı.
Otuz ildi tutmusan,
Ədəbiyyat yolların.
Doğramısan gənclərin,
Ayaqların, qolların.
Ancaq ki, iyləməkçün,
Gənc çiçəyin var sənin,
Mən demirəm, xalq deyir,
Daş ürəyin var sənin.
Ürəyinə daş deyən,
Xalqdan uzaq qalmısan,
Hələ xalq yazıçısı,
Adını da almısan.
Ayıbdı allah haqqı,
Qürurundan ayıbdı,
Təhminəndən ayıbdı,
Zaurundan ayıbdı.
Gözümüzdən salmısan,
Hər abzasın, cümləsin,
Beşmərtəbəli evin,
Altıncı mərtəbəsin.
Gənclər acından ölsün,
Sən ye əti, balığı.
Küsmədimi iştahın.
Ay sovetin qalığı?
Səksəni də keçmisən,
Getməyə həvəsin yox.
Qurultaydan həqiqi,
Bircə dənə səsin yox.
Özündən də savayı,
Düşünginən birini.
Qalx ayağa nə olar,
Bir gəncə ver yerini.
Məni tanıyan bilir,
Böyüyə hörmətim var,
Balam söz konususa,
Aslan cəsarətim var.
Bağışla ki, nəzmlə,
Bu gün yola verəcəm,
Əsl fikirlərimi,
Köşələrlə deyəcəm.
Bakumedia.az