Notice: class-oembed.php 5.3.0 versiyasından bəriistifadə edilməyəcək! Yerinə wp-includes/class-wp-oembed.php istifadə edin. in /home/bakumed/public_html/wp-includes/functions.php on line 4808

Warning: Creating default object from empty value in /home/bakumed/public_html/wp-content/themes/vtstudio/framework/ReduxFramework/ReduxCore/inc/class.redux_filesystem.php on line 29
Hacıqabulda avtomobil piyadanı vurub | BakuMedia.Az

Hacıqabulda avtomobil piyadanı vurub

Hacıqabul şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Bayram İbrahimov küçəsində qeydə alınıb.

Belə ki, Hacıqabul şəhəri, Ə. Vahid küçəsi 124 ünvanında yaşayan Salmanov Əliağa Balakişi oğlu yolu keçmək istəyən zaman avtomobil onu vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.