Yaxın günlərdə qardaş ölkə Türkiyədə baş tutan iclasda xarici işlər naziri Elmar Məmmədyarovun Azərbaycan dilində natamam danışığı sosial şəbəkələrdə və bir çox yerlərdə qınaq obyektinə çevrildi.
Bakumedia.az saytının verdiyi xəbərə görə, Yeni Müsavat Partiyasının sədri Hafiz Hacıyev də, məsələyə biganə yanaşmayıb.
Hafiz bəy də, öz növbəsində Elmar Məmmədyarovu qınayıb. Bu cür əhəmiyyətli bir vəzifəni icra edən şəxsin belə danışmağının bizim üçün utanc verici hal olduğunu deyib.
O, facebook sosial şəbəkəsində Elmar Məmmədyarov haqqında aşağıdakı cümlələri yazıb: "Elmar Məmmədyarov kimi Azərbaycan dilini bilməyən adamın Xarici işlər naziri olması qəbuledilməzdir. İndiyə kimi bir təhər ötüşdürürdülər, məlum tədbir zamanı çıxışı bir daha göstərdi ki, bu adam Azərbaycan dilini bilmir. İllərdir xarici işlər naziridir, amma görün, doğma dilimizə nə qədər sayğısız yanaşırsa, bu günə kimi öyrənməyə cəhd eləməyib. Kiminsə dostudursa. Qohumudursa. Ondan başqa sahədə istifadə eləsinlər. Belə olmaz axı? Bu saat xarici siyasət Azərbaycan üçün olduqca vacibdir. Amma bunun öz dilinə qoyduğu hörmətə bax. Dünya səviyyəli bir layihə barədə üç cümlənin ard-arda qoşub danışa bilməyən adamdan nə gözləmək olar? Necə olur ki, bu dövlətin vəzifəsi yaxşıdır, dili pisdir? Heç olmasa, Prezidentdən nümunə götürsünlər. Onun dövlət dilinə, bayrağına olan münasibətinin mində birini özlərinə təlqin eləsinlər”.
Nihat Hüseynzadə