Notice: class-oembed.php 5.3.0 versiyasından bəriistifadə edilməyəcək! Yerinə wp-includes/class-wp-oembed.php istifadə edin. in /home/bakumed/public_html/wp-includes/functions.php on line 4808

Warning: Creating default object from empty value in /home/bakumed/public_html/wp-content/themes/vtstudio/framework/ReduxFramework/ReduxCore/inc/class.redux_filesystem.php on line 29
“Kolorit” və digər kafelər cərimələndi | BakuMedia.Az

"Kolorit" və digər kafelər cərimələndi

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

Bakumedia.az AQTA-ya istinadən xəbər verir ki, nəzarət tədbirləri çərçivəsində 2021-ci il avqustun 24-də ölkə üzrə 405 ictimai iaşə obyektində 690 monitorinq keçirilib. Monitorinqlər zamanı 5 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1.  Bakı şəhəri, Binəqədi rayonu, Ə. Rəcəbli küç., ev 292m ünvanında yerləşən, fiziki şəxs Hüseynov Orxan Elburus oğluna məxsus “Şır-Şır" restoranı;

2.  Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr., ev 95 ünvanında yerləşən, hüquqi şəxs "Koala" MMC-yə məxsus restoran;

3.  Bakı şəhəri,Səbail rayonu, Z. Əliyeva küç., ev 3 ünvanında yerləşən, fiziki şəxs Hacıyev Fərid Təyyar oğluna məxsus “All Mood” kafesi;

4.  Bakı şəhəri,Yasamal rayonu, Şərifzadə küç., ev 174 ünvanında yerləşən, fiziki şəxs Tağıyeva Nurlana Faxrəddin qızına məxsus “Kolorit” kafesi;

5.  Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küç., ev 174 ünvanında yerləşən, fiziki şəxs Kazımov İlqar Orucəli oğluna məxsus kafe.