Notice: class-oembed.php 5.3.0 versiyasından bəriistifadə edilməyəcək! Yerinə wp-includes/class-wp-oembed.php istifadə edin. in /home/bakumed/public_html/wp-includes/functions.php on line 4808

Warning: Creating default object from empty value in /home/bakumed/public_html/wp-content/themes/vtstudio/framework/ReduxFramework/ReduxCore/inc/class.redux_filesystem.php on line 29
“Legiya”nın bu banneri etiraz doğurdu | BakuMedia.Az

"Legiya"nın bu banneri etiraz doğurdu

Millimizin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Legiya" Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda "Spartak"la səfər oyunundan əvvəl rəqibin azarkeşlərinin qəzəbinə səbəb olan addım atıb.

Bakumedia.az xəbər verir ki, klub Moskvada bir neçə böyük ticarət mərkəzlərinin reklam fasadlarında öz futbolçularının rəsmləri olan - "Moskva, biz qayıtdıq" adlı banerləri yerləşdirib.  Bununla da Varşava təmsilçisi 2011-ci ildə "Spartak"ı Avropa Liqasında mübarizədən kənarlaşdırdıqları oyunu yada salıb. Bu isə rəqib azarkeşlərin etirazına səbəb olub.

Qeyd edək ki, banerdə Mahir Emrelinin də şəkli yer alır.

Əlavə edək ki, bu gün keçiriləcək "Spartak" - "Legiya" oyunu Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.