Notice: class-oembed.php 5.3.0 versiyasından bəriistifadə edilməyəcək! Yerinə wp-includes/class-wp-oembed.php istifadə edin. in /home/bakumed/public_html/wp-includes/functions.php on line 4808

Warning: Creating default object from empty value in /home/bakumed/public_html/wp-content/themes/vtstudio/framework/ReduxFramework/ReduxCore/inc/class.redux_filesystem.php on line 29
Məktəblərdə tətil günləri açıqlandı | BakuMedia.Az

Məktəblərdə tətil günləri açıqlandı

Ümumi təhsil müəssisələrində dərs məşğələləri sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatacaq.

Bakumedia.az xəbər verir ki, bu barədə məlumat təhsil naziri Emin Əmrullayevin imzaladığı ümumi təhsil müəssisələrinin 2021-2022-ci dərs ili üçün tədris planında əksini tapıb.

Bildirilib ki, dərs ili iki yarımilə bölünür:

Birinci yarımil - 15 sentyabr - 26 yanvar;

İkinci yarımil - 1 fevral - 14 iyun.

Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilir:

5 gün payız tətili (16-20 noyabr);

5 gün qış tətili (27-31 yanvar).

İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may).