Türkiyəli müğənni Seda Sayanın oğlu Oğulcan Engin ilə aktrisa Ezgi Eyüboğlu ayrılıb.
Bakumedia.az xəbər verir ki, cütlüyün birgə fotolarını İnstaqram hesabından silməsi şaiyələrin yayılmasına səbəb olub.
Onlar yayılan xəbərlərlə bağlı hələlik açıqlama verməyiblər.
Qeyd edək ki, Ezgi Eyüboğlu hazırda "Teşkilat" serialında rol alır.