Notice: class-oembed.php 5.3.0 versiyasından bəriistifadə edilməyəcək! Yerinə wp-includes/class-wp-oembed.php istifadə edin. in /home/bakumed/public_html/wp-includes/functions.php on line 4808

Warning: Creating default object from empty value in /home/bakumed/public_html/wp-content/themes/vtstudio/framework/ReduxFramework/ReduxCore/inc/class.redux_filesystem.php on line 29
Nazirlik bu qrupları izləməyə alıb | BakuMedia.Az

Nazirlik bu qrupları izləməyə alıb

Türkiyədə Ailə və Sosial Xidmətlər Nazirliyi gəncləri təsiri altına alan koreyalı "K-Pop" qruplarına daxil olan qrupları nəzarətə alıb.

Bakumedia.az xarici KİV-ə istinadən xəbər verir ki, İstanbulda 3 qız Cənub Koreyaya getmək və qrupu görmək üçün evdən qaçıb. Bu da qrupla bağlı nəzarətləri gücləndirib.

Musiqi qrupunun uşaq və gənclərin tərbiyəsinə mənfi təsir etdiyi bildirilib. Nazirlik bu qrupların müsəlman adət-ənənəsinə zidd olduğunu açıqlayıb. Koreyalı qrupların dünyada artan fanat sayının heç də müsbət olmadığı vurğulanıb.

"K-pop" qrupunun tərkibinə "BTS", "EXO", "Blackpink", "Big Bang", "GOT7", "RedVelvet", "TXT" daxildir. Qrupların bütün dünyada milyondan çox heyranı var. Təkcə elə "BTS"in 20 milyon fanatı mövcuddur.