Bu gün Xalq artisti Murad Yagizarovun doğum günüdür.
Bakumedia.az Kulis.az-a istinadən bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir.
Hacı Murad Hacı Əhməd oğlu Yagizarov 18 avqust 1939-cu ildə Bakıda anadan olub. Uşaqlığı Bakının Sovetski adlanan məhəlləsində keçib. Onun ana tərəfdən ulu babası Şamaxı xanı Mahmud ağa Əliyev, babası İsmayıl bəy isə tanınmış vəkil olub. Aktyorun Dağıstanın Buynaksk şəhərindən olan atasını varlı olduqları üçün 1917-ci ilin sosialist inqilabından sonra ailəsi ilə birgə Sibirə sürgün ediblər. Xeyli cəhd göstərəndən sonra, atası Hacı Əhməd Moskvada rəhbər şəxslərdən birinin qəbuluna düşərək ailəsini azad etdirə bilib. Sibirdən qayıdandan sonra, o nəslin nümayəndələrinin yarısı Mahaçqalada, yarısı Kislovodskda, yarısı Qafqazın başqa şəhərlərində məskunlaşıb. Hacı Əhməd isə Bakıya gəlib, əslən Şamaxıdan olan Tamara xanımla ailə həyatı qurur. Hacı Murad evin tək övladı olur.