Notice: class-oembed.php 5.3.0 versiyasından bəriistifadə edilməyəcək! Yerinə wp-includes/class-wp-oembed.php istifadə edin. in /home/bakumed/public_html/wp-includes/functions.php on line 4808

Warning: Creating default object from empty value in /home/bakumed/public_html/wp-content/themes/vtstudio/framework/ReduxFramework/ReduxCore/inc/class.redux_filesystem.php on line 29
Özcan Dəniz hakim qarşısına çıxdı | BakuMedia.Az

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb.

Bakumedia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:

"Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyətə salmaq istəyir. Boşanmaq üçün mən müraciət etmişəm. Şiddət görən qadın olaraq o məhkəməyə müraciət etməyib".

Şahidlərin dinlənilməsi üçün məhkəmə başqa bir günə təyin olunub.

Qeyd edək ki, Özcanla Feyza 2018-ci ildə ailə qurub. Cütlük bir il sonra boşanıb. Onların Kuzey adlı bir oğlu var.