Notice: class-oembed.php 5.3.0 versiyasından bəriistifadə edilməyəcək! Yerinə wp-includes/class-wp-oembed.php istifadə edin. in /home/bakumed/public_html/wp-includes/functions.php on line 4808

Warning: Creating default object from empty value in /home/bakumed/public_html/wp-content/themes/vtstudio/framework/ReduxFramework/ReduxCore/inc/class.redux_filesystem.php on line 29
“Qarabağ”ın futbolçuları liderlər arasında – UEFA açıqladı | BakuMedia.Az

"Qarabağ"ın futbolçuları liderlər arasında - UEFA açıqladı

Konfrans Liqasının 1-ci turundan sonra futbolçuların statistik göstəriciləri açıqlanıb. 

Bakumedia.az UEFA-nın saytına istinadən xəbər verir ki, ən yaxşılar sırasında "Bazel"lə heç-heçə edən "Qarabağ"ın futbolçuları da yer alıb.

Abbas Hüseynovla Kadi Borqesin cinah ötürmələri xüsusi qeyd olunub. Onlar hərəyə 5 dəfə qapı önünə dəqiq ötürmə edib.  Hər iki futbolçu Konfrans Liqasının bu göstəricidə ən yaxşı 5 oyunçusundan biridir.

“Qarabağ”ın kapitanı Maksim Medvedev topalmada turnirin ən yaxşısıdır. O, 14 dəfə rəqibdən top alıb. Komanda yoldaşı Kevin Medinada bu rəqəm yalnız 8-ə bərabərdir.

Qeyd edək ki, matç 0:0 hesablı heç-heçə ilə başa çatıb.