Notice: class-oembed.php 5.3.0 versiyasından bəriistifadə edilməyəcək! Yerinə wp-includes/class-wp-oembed.php istifadə edin. in /home/bakumed/public_html/wp-includes/functions.php on line 4808

Warning: Creating default object from empty value in /home/bakumed/public_html/wp-content/themes/vtstudio/framework/ReduxFramework/ReduxCore/inc/class.redux_filesystem.php on line 29
Qızıl medal ümidlərimiz mübarizəyə başlayır | BakuMedia.Az

Qızıl medal ümidlərimiz mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha 5 idmançısı Tokio-2020-də mübarizəyə başlayacaq.

Bakumedia.az xəbər verir ki, onlardan 3-ü güləş, 1-i karate, digəri isə gimnastika yarışlarında qüvvəsini sınayacaq.

50 kq çəki dərəcəsində çıxış edən Mariya Stadnik Stalvira Orşuş (Rusiya), 97 kq çəkidəki Şərif Şərifov Abdulrəşid Sadullayevlə (Rusiya) üz-üzə gələcək. Hacı Əliyev (65 kq.) isə seneqallı Adama Diatta ilə güləşəcək. Hər üç idmançımız mübarizəyə 1/8 final mərhələsindən başlayacaq.

Karateçimiz Rafael Ağayev (75 kq.) B qrupunda Luici Busa (İtaliya), Noa Biç (Almaniya), Çuneari Yahiro (Avstraliya) və Nurkanat Ajiqanovla (Qazaxıstan) döyüşəcək. İlk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək.

Fərdi proqramda yarışan bədii gimnast Zöhrə Ağamirova ardıcıl olaraq topla, halqa ilə, lentlə və gürzlərlə çıxışını təqdim edəcək.

Tokio-2020

6 avqust

Bədii gimnastika

Təsniifat mərhələsi: Zöhrə Ağamirova

05:42. topla çıxış

07:12. halqa ilə çıxış

10:12. lentlə çıxı.

11.42. gürzələrlə çıxış

06:30. Sərbəst güləş

65 kq

1/8 final. Hacı Əliyev - Adama Diatta (Seneqal)

97 kq

1/8 final. Şərif Şərifov - Abdulrəşid Sadullayev (Rusiya Olimpiya Komitəsi)

06:30. Qadın güləşi

50 kq.

1/8 final. Mariya Stadnik - Stalvira Orşuş (Rusiya Olimpiya Komitəsi)

12:00. Karate

B qrupu

Rafael Ağayev - Noa Biç (Almaniya)

Rafael Ağayev - Çuneari Yahiro (Avstraliya)

Rafael Ağayev - Nurkanat Ajiqanov (Qazaxıstan)

Rafael Ağayev - Luici Busa (İtaliya)

Qeyd edək ki, indiyədək Azərbaycanın 44 idmançısından 33-ü çıxışını bitirib, onlardan 3-ü bürünc medal qazanıb.