Notice: class-oembed.php 5.3.0 versiyasından bəriistifadə edilməyəcək! Yerinə wp-includes/class-wp-oembed.php istifadə edin. in /home/bakumed/public_html/wp-includes/functions.php on line 4808

Warning: Creating default object from empty value in /home/bakumed/public_html/wp-content/themes/vtstudio/framework/ReduxFramework/ReduxCore/inc/class.redux_filesystem.php on line 29
Rayonlarda dolu yağacaq | BakuMedia.Az

Rayonlarda dolu yağacaq

Milli Hidrometeorologiya Xidməti Azərbaycanda sabaha gözlənilən hava şəraiti haqqında növbəti məlumat yayıb.

Bakumedia.az xəbər verir ki, avqustun 25-də bəzi rayonlarda hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda intensiv olacağı, dolu düşəcəyi ehtimalı var .

Qərb küləyi arabir 20-25 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6° aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Avqustun 25-i axşama doğru yağıntının tədricən kəsiləcəyi, 26-27-sı əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.