Rusiyaya təzyiqlər o zaman yekunlaşacaq ki, qərbli həmkarları Moskvanın ünvanına yönəldilmiş fəaliyyətlərinin səmərəsizliyini dərk etsinlər.
Bakumedia.az xəbər verir ki, bu sözləri "Birbaşa xətt”də Rusiya vətəndaşlarının suallarına cavab verən prezident Vladimir Putin deyib.
"Təzyiqlər o zaman kəsiləcək ki, həmkarlarımız metodlarının səmərəsiz, effektsiz və hamı üçün zərərli olmasını görəcəklər. Rusiya Federasiyasının maraqları ilə hesablaşmalı olacaqlar” –, deyə Putin vurğulayıb.
Putinə görə Rusiya iqtisadiyyat, təhlükəsizlik sahələrində öz maraqlarını "qeyri-kobud” şəkildə müdafiə edir. O, daim kompromislər axtardığını və kompromislərə istiqamətləndiklərini bildirib.
Rusiya prezidenti hesab edir ki, sanksiyalar və antirusiya kampaniyası Rusiyanı iqtisadi rəqib kimi silmək cəhdidir. Onun sözlərinə görə, Rusiyanın ünvanına ardı kəsilməyən ittihamlar davam edəcək, çünki bunlar eynilə sanksiyalar kimi Rusiyanın qarşısını almaq metodudur.
Putin bunun səhv siyasət olduğunu, Rusiya ilə konstruktiv qarşılıqlı əlaqə yaratmağın dünya iqtisadiyyatı üçün müsbət olacağını bildirib.
Bakumedia.az